Azərbaycan millisi ilk qızıl medalını qazanıb

Rioda keçirilən XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması ilk qızıl medalını qazanıb. 

Olimpsport.az xəbər verir ki, 73 kq çəkidə mübarizə aparan cüdoçumuz 1/4 finalda Kuba təmsilçisi Gerardo Rodriqezi məğlub edərək yarımfinala yüksəlib. Bu mərhəldə Almaniya təmsilçisi Nikolay Kornhassa qalib gələrək finala yüksələn  Ramil Qasımov həlledici görüşdə Dmitri Soloveyi məğlub edib. Beləliklə o,  XV Yay Paralimpiya Oyunlarının qızıl medalına sahib olub.

Qeyd edək ki, Rio Paralimpiadasının ilk günündə 66 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçumuz Bayram Mustafayev gümüş medal qazanıb.