Qış Olimpiya Oyunlarının iştirakçısı intihar edib

Qazaxıstanın KİV məlumatına görə məşhur hokkeyçisi Pyotr Devyatkininin meyiti Rusiyanın Novosibirsk şəhərində asılmış vəziyyətdə aşkarlanıb.

Olimpsport.az xəbər verir ki, 39 yaşlı idmanıçın cibindən ölümdən qabaq yazdığı qeyd aşkarlanıb. Onun intihar etdiyi ehtimal olunur. 

Qeyd edək ki, Pyotr Devyatkin 1998-ci ildə Yaponiyanın Naqano şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında Qazaxıstan millisinin tərkibində oynayıb.