Şosse velosipedi üzrə dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib.

"Olimpsport" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb.

O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib.

Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçinin 1990-cı ildə dünya çempionatında bürünc medal qazanıb.