İngiltərə Premyer Liqasının oyunlarında VAR sisteminə yenilik əlavə olunacaq
İngiltərə Premyer Liqasının oyunlarında VAR sisteminə yenilik əlavə olunacaq.
"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, matçın hakimlərinin mübahisəli epizodla bağlı müzakirələri stadionda hər kəs tərəfindən eşidiləcək.
İngiltərə Futbol Assosiasiyasının Hakimlər Komitəsinin sədri Hovard Uebb xəbəri təsdiqləyib. O, referilərin VAR monitorlarına yaxınlaşdıqdan sonra müzakirələrin səsgücləndiricilər vasitəsi ilə stadionda eşidiləcəyini bildirib.
Qeyd edək ki, VAR sistemi 2018-ci ildən etibarən futbol matçlarında tədbiq olunur.