
Azərbaycanlı hakim Paralimpiadanın cüdo yarışlarına dəvət alıb
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyətinin üzvü Nazim Umbayev Paralimpiya Oyunlarının cüdo yarışlarında hakimlik edəcək.
"Olimpsport" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-si aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.
Qeyd edək ki, Nazim Umbayev 2017-ci ildə B, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir. Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu pillədə qərarlaşıb.
Daha çox xəbər



29-04-2025
Bakı İstanbul Liseyi və Cocuk Mərcanlı məktəbi arasında dostluq görüşü keçirilib







18-11-2024
OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyev "CBC Sport" kanalının qonağı olub-VİDEO


02-11-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı”na yekun vurulub

30-10-2024
8 Noyabr - Zəfər Gününə həsr olunmuş “AzMİU II Zəfər İdman Festivalı” keçirilir

















08-09-2024