Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb
Serbiyanın paytaxtı Belqradda boks üzrə Avropa çempionatı davam edir.
"Olimpsport" xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu mərhələ adlayıb.
Amin Məmmədzadə (54 kiloqram) 1/8 finalda Psarras Aristotelislə (Yunanıstan) qarşılaşıb. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundda qalib gələn Məmmədzadə rəqibini 5:0 (30:25, 30:27, 30:27, 30:25, 30:27) hesabı ilə məğlub edib. O, aprelin 24-də baş tutacaq növbəti döyüşündə ilk mərhələdən azad olan fransalı Bilal Bennama ilə üz-üzə gələcək.
Yarışda 92 kiloqramda mübarizə aparan Alfonso Dominqes də 1/4 finala yüksəlib. Dünya çempionumuz ilk qarşılaşmasında mundialın bürünc medalçısı Viktor Şelstrat (Belçika) üzərində 4:3 hesabı ilə qələbə qazanıb. O, növbəti görüşündə Yan Zakla (İsrail) gücünü yoxlayacaq. Döyüş aprelin 22-də olacaq.
Qeyd edək ki, boksçularımızdan daha əvvəl Malik Həsənov (63,5 kiloqram) mərhələ adlayıb.