Bu gün İspaniya La Liqasında “El-Klassiko” baş tutacaq

Aprelin 21-də futbol üzrə İspaniya La Liqasında növbəti oyunlar keçiriləcək.

"Olimpsport" xəbər verir ki, bu oyunlardan ən çox gözləniləni “El-Klassiko”dur.

“Real Madrid” “Santyaqo Bernabeu” stadionunda “Barselona”nı qəbul edəcək.

Qeyd edək ki, hazırda “Kral klubu” 78 xalla turnir cədvəlinin lideridir. Ondan 8 xal geri qalan “Barselona” ikinci pillədə qərarlaşıb.