Azərbaycan paraüzgüçüsü Avropa çempionu olub

Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatıda qızıl medal qazanıb.

"Olimpsport" xəbər verir ki, Raman Saley yarışın ilk günündə 100 metr məsafəyə arxasıüstə üzməkdə fərqlənib.

R.Saley bu növdə finalda bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.