Xavi 84 ildən sonra "Barselona"da antirekordu təkrarlayıb

İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi 84 il sonra antirekordu təkrarlayıb.

"Olimpsport" xəbər verir ki, bu, Kataloniya təmsilçisinin La Liqanın XXXII turunda səfərdə "Real"a uduzması nəticəsində (2:3) gerçəkləşib.

O, "El Klasiko"da ardıcıl dördüncü matçda uduzan ikinci mütəxəssis olub. Bundan əvvəlki üç görüşdə paytaxt klubu qələbəyə sevinib - 4:0, 2:1 və 4:1.

Qeyd edək ki, "Barselona" daha əvvəl baş məşqçi Patrik Okonnell ilə 1935-1940-cı illərdə "El Klasiko"da ardıcıl 4 məğlubiyyət alıb.