"Spartak" klubunun futbolçusu fırıldaqçların qurbanı olub
Rusiyanın "Spartak" klubunun futbolçusu Leon Klasson fırıldaqçların qurbanı olub.
"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, naməlum şəxs 23 yaşlı müdafiəçiyə dostunun adından yazıb və 400 min rubl borc istəyib.
Klassen tələb olunan məbləği köçürüb. Ertəsi gün həmin adam oyunçudan daha 700 min rubl borc almağa çalışıb və bir neçə günə qaytaracağını vəd edib.
Kartda müəyyən edilmiş limitə görə futbolçu vəsaiti göndəər bilməyib, köçürməni 500 min rublla məhdudlaşdırıb.
O, beş gün sonra tanışı ilə görüşüb və həmin şəxs bu barədə heç nə bilmədiyini bildirib. Klassen fırıldaqçılara pul göndərdiyini başa düşdükdən sonra polisə müraciət edib.