Futzal üzrə Yüksək Liqada mövsümə yekun vurulur

Bu gün futzal üzrə Yüksək Liqada mövsümün sonuncu - XX turunun oyunları keçiriləcək.

"Olimpsport" xəbər verir ki, “Record club” çempionatdan kənarlaşdırıldığı üçün “Baku Fire” kollektivi 3 xalı meydana çıxmadan qazanacaq.

Qeyd edək ki, “Araz-Naxçıvan” – U-19 matçından sonra mükafatlandırma mərasimi baş tutacaq.

Yüksək Liqa

2 may

11:45 .“Neftçi” İK – “Yasamal Bakı”

Hakimlər: Hacıəli Ağayev, Vüsal Balaşov, Ceyhun Hüseynov.

Hakim-inspektor: Əfqan Həmzəyev.

Bakı İdman Sarayı

14:00. "Araz-Naxçıvan" – U-19

Hakimlər: Elgün Hüseynov, Mahir Məmmədov, Rza Məmmədov.

Hakim-inspektor: Murad Məmmədov.

Bakı İdman Sarayı