Güləşçilərimiz dünya çempionatında qızıl və gümüş medal qazanıblar. Medalçılar arasında İmişli güləş məktəbinin də yetirməsi var.

Güləşçilərimiz dünya çempionatında qızıl və gümüş medal qazanıblar. Medalçılar arasında İmişli güləş məktəbinin yetirilməsi də var.

Olimpsport.az xəbər verir ki, 65 kq. çəki dərəcəsində çıxış edən Ağahüseyin Mustafayev finalda Cənubi Koreya idmançısı Gvanq Kin ilə qarşılaşıb.

Sonda güləşçimiz rəqibini 8:5 hesabı ilə yenərək dünya çempionu adına layiq görülüb.

Finala yüksələn digər güləşçimiz Coşqun Əzimov (70 kq) Rusiya idmançısı Maqomed Kurbanliyevə məğlub olub. 

Qeyd edək ki, Coşqun Əzimov  İmişli güləş məktəbinin yetirməsidir. Onun şəxsi məşqçisi,əməkdar məşqçi Qalib Şükürovdur.