Azərbaycanın U-17 millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

Azərbaycanın 17 yaşadək (U-17) qız futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

"Olimpsport" xəbər verir ki, yığma Qazaxıstanla münasibətləri aydınlaşdırıb.

Qarşılaşmanın əsas vaxtında qalibi müəyyənləşdirmək mümkün olmayıb - 2:2. Komandamızın heyətində 10-cu dəqiqədə Xanım Əsədova, 26-cı dəqiqədə isə Aylin Kərimova fərqləniblər. Qazaxıstan kollektivi penaltilər seriyasında 4:1 hesablı qələbə qazanıb.

U-17 turnirdəki son oyununu mayın 7-də, Bakı vaxtı ilə saat 12:00-da Türkiyə yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, təmsilçimiz ilk matçında Belarus kollektivinə 1:3 hesabı ilə məğlub olub.