"Marsel"in baş məşqçisi karyerasını başa vurur
Fransanın "Marsel" klubunun baş məşqçisi Jan-Lui Qasse karyerasını başa vurur.
"Olimpsport" "Actu Foot"a istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis özü bu barədə açıqlama verib.
O, mayın 19-da Fransa Liqa 1-də “Havr”la keçiriləcək qarşılaşmanın karyerasında sonuncu olacağını vurğulayıb: "Bazar günü həqiqətən də sonuncu matçım olacaq. Məşqçiliyi bitirdim, bu, son qərarımdır".
Qeyd edək ki, 70 yaşlı mütəxəssis bu ilin fevralından "Marsel"ə rəhbərlik edir. Fransa millisində və PSJ-də köməkçi məşqçi kimi də çalışan Qasse Fil Dişi Sahili millisinə, "Bordo"ya və "Sent-Etyen"ə də rəhbərlik edib