Premyer Liqa: XXXIII tura bir oyunla yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub.

"Olimpsport" xəbər verir ki, turun sonuncu matçında "Səbail" "Qəbələ"ni qəbul edib.

Məhsuldarlığı ilə yadda qalan görüşdə bölgə təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Hesabı 17-ci dəqiqədə ev sahiblərinin heyətində penaltini dəqiq yerinə yetirən Aleksandr Ramalinqom açıb. Cəmi 3 dəqiqə sonra Osama Xalayla "status-kvo"nu bərpa edib. 32-ci dəqiqədə Əyyub Allaş qonaqları hesabda önə çıxarıb. Fasiləyə 5 dəqiqə qalmış Pedro Nuno vurduğu qolla hesaba yenidən tarazlıq gətirib. 56-cı dəqiqədə “qırmızı-qaralar”ın heyətində dubl edən Osama Xalayla yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra autsayder “Qəbələ” xal ehtiyatını 20-yə yüksəldib. Şahin Diniyevin komandası isə 42 xalla altıncıdır.

Qeyd edək ki, XXXIII turun digər görüşlərində "Qarabağ" "Neftçi"ni (5:0), "Zirə" "Turan Tovuz"u (2:1), "Sabah" isə "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Kəpəz" - "Sumqayıt" qarşılaşmasında qalib müəyyənləşməyib - 1:1.