Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib
Bu gün Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə start verilib.
"Olimpsport" xəbər verir ki, ilk oyunda "Sabah" və "Xırdalan" komandaları üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşma birincilərin 101:85 hesablı qələbəsi ilə başa çatıb.
Tərəflər arasında ikinci görüş mayın 10-da reallaşacaq. İki matçın yekununda bərabərlik olarsa, üçüncü duel mayın 13-də oynanılacaq.
Qeyd edək ki, mayın 8-də bu raundun digər cütü - "NTD-İndiqo" və "Xəzri" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər.