Şotlandiya - Azərbaycan oyununun hakimləri müəyyənləşdi

17 yaşadək futbolçular arasında Avropa çempionatında milli komandamızın sabah Şotlandiyaya qarşı keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

 

Olimpsport.az saytının məlumatına görə, yığmamız üçün həlledici oyunu norvaçli Svein-Erik Edvartsen idarə edəcək. Ona kipri Marios Dimitriadis və bolqar Georgi Todorov kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasınıisə litvalı Sergejus Sliva yerinə yetirəcək.