Əfsanəvi boksçunun təyyarədə halı pisləşib
Əfsanəvi amerikalı boksçu Mayk Tayson təyyarə ilə səyahət edərkən halı qəflətən pisləşib.
"Olimpsport" "The New York"a istinadən xəbər verir ki, 57 yaşlı dünya çempionunun olduğu təyyarə ABŞ-nin Los Anceles şəhərindən Mayamiyə uçuşda olarkən onun səhhətində problem yaranıb.
Hadisədən dərhal sonra M.Taysona zəruri tibbi müayinə göstərilib və onun vəziyyəti stabilləşdirilib.
Qeyd edək ki, "Dəmir Mayk"ın iyunun 20-si məşhur bloqqer Ceyk Pola qarşı döyüşü olacaq.