"Araz-Naxçıvan" daha bir futbolçu ilə yeni müqavilə imzalayıb

“Araz-Naxçıvan” daha bir futbolçu ilə yeni müqavilə imzalayıb.

"Olimpsport" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, cari ilin qışında Naxçıvan təmsilçisinə keçən Ramin Nəsirli ilə müqavilə müddəti uzadılıb.

U-21 millimizin də heyətinə cəlb olunan yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla da müqavilə bağlanıb.