“Formula-1”lə bağlı maneələrin quraşdırılması davam edir
Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BHŞ) iyunun 17-19-da keçiriləcək “Formula-1” yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir.
Qurumdan Olimpsport.az saytına verilən məlumata görə, hazırda marşrutun keçəcəyi küçələrdə təhlükəsizlik maneələrinin quraşdırılması işləri icra olunur. Bu səbəbdən Əziz Əliyev küçəsi mayın 13-ü, saat 22:00-dan etibarən mayın 14-ü, səhər saat 06:00-dək nəqliyyatın hərəkəti üçün bağlı olacaq.
Qeyd edək ki, Bakı Şəhər Halqasında aparılan tikinti-quraşdırma işlərinin iyunun əvvəlində tam yekunlaşması nəzərdə tutulur.