Cudoçularımız yenə də liderdi

Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Olimpsport.az xəbər verir ki, yeni siyahıya əsasən yığmamızın aparıcı cüdoçularından ikisi mövqeyini yaxşılaşdırıb. Uşanqi Kokauri (+100 kq) 2 rəqibini arxada qoymaqla 20-ci yerə yüksəlib, Nicat Şıxəlizadə (66 kq) isə 1 pillə irəliləyərək 7-ci olub.

 

Millimizdə yenə ən yaxşı göstərici Olimpiya mükafatçılarımız Rüstəm Orucovla (73 kq) Elmar Qasımova (100 kq) məxsusdu. Onların hər ikisi öz çəki dərəcələrində birincidi. Bu cüdoçular kimi, Orxan Səfərov (60 kq), İlqar Müşkiyev (hər ikisi 60 kq), Məmmədəli Mehdiyev (90 kq), Elxan Məmmədov (100 kq) və Aişə Qurbanlı (48 kq) da mövqeyini qoruyub. Onlar müvafiq olaraq, 2-ci, 14-cü, 20-ci, 19-cu və 40-cı pillədə qərar tutublar.

 

Həmyerlimizdən Tərlan Kərimov (66 kq) isə 1 pillə geriləyib. O, hazırda 37-cidi.