Sərbəst güləşçilərimiz Türkiyədə keçirilən beynəlxalq səviyyəli yarışda iştirak edəcək

Oktyabrın 28-dən 30-a qədər Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə gənclər arasında "Cumhuriyet Kupası" adlı beynəlxalq yarış keçiriləcək. Olimpsport.az xəbər verir ki, yarışda ölkəmizi əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi altında Bəhruz Allahyarov (50kq), Tural Hüseynov (55kq), Röyal Ağamalıyev,Əvəz Həmzəyev (hər ikisi 60kq), Eldar Həsənov (66kq), Emin Nəcəfzadə (74kq), və Aqil Məmmədoğlu (84kq) təmsil edəcəklər.