Sərbəst güləşçilərimiz komanda hesabında ikinci oldu - FOTOLAR

Oktyabrın 28-dən 30-a qədər Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə gənclər arasında "Cümhuriyət Kuboku" adlı beynəlxalq yarış keçirilib.

Olimpsport.az xəbər verir ki, yarışda ölkəmizi əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi altında "Lokomotiv", "Gömrükçü" və "Abşeron" klublarının idmançılarından ibarət yığma komanda təmsil edirdi. İdmançılarımız 5 medal qazanmaqla komanda hesabında Türkiyədən sonra ikinci olub. Üçüncü yeri isə Rusiya idmançıları tutublar. 

Bəhruz Allahyarov (50 kq), Əvəz Həmzəyev (60 kq), Emin Nəcəfzadə (74 kq) qızıl,  Aqil Məmmədoğlu (85 kq) gümüş, Royal Ağamalıyev (60 kq) burunc medal qazanıblar.