Avropa çempionatında 2-qızıl və 1-gümüş medal

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə Avropa çempionatının ilk günündə 2-ci qızıl medalı 57 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləş millimizin üzvü Giorgi Edişeraşvili qazanıb. Mahir güləşçimiz finalda qarşılaşdığı Rumıniya təmsilçisi  Andrey Dukov üzərində 9:0 hesabı ilə qələbə qazanıb.

Millimizin daha bir üzvü, Aleksandr Qostiyev (86 kq) finalda Rusiya təmsilçisi Kuruqlieyvə məğlub olaraq yarışın gümüş medalını qazanıb. Beləliklə,Azərbaycan güləşçiləri çempionatın ilk günü aktivinə  üç medal yazdırıb. İlk qızıl medalı isə qadınların yarışında mübarizə aparan Mariya Stadnik(48 kq) qazanıb.