Güləşçilərimiz Avropa çempionatında komanda hesabında da yer tutdu

Serbiyanın Novi Sad şəhərində keçirilən sərbəst güləş üzrə Avropa çempionatı başa çatıb. Azərbaycan yığması komanda hesabında 57-xalla ikinci yeri tutub. Xatırladaq ki, çempionatı Rusiya güləşçiləri 62-xalla 1-ci, Türkiyə millisi isə 53-xalla 3-cü yerdə başa vurub.

Qeyd edək ki,qitə çempionatında komandamız əsas heyətlə çıxış etməyib. Ona görə də millimizin bu heyətlə göstərdiyi nəticəni yüksək qiymətləndirmək olar.

Sərbəst güləş üzrə Azərbaycan yığmasının 2017-ci il Avropa çempionatında əldə etdiyi nəticə:

Giorgi Edişeraşvili - I YER (57 kq)

Murad Süleymanov - II YER (74 kq)

Aleksandr Qostiyev - II YER (86 kq)

Cəmaləddin Məhəmmədov - II YER (125 kq)

Ruslan Dibirhacıyev - III YER (70 kq)