Güləşçilərimiz İstanbul səfərindən 3-medalla qayıdıb

 

2017.05.17   22:47

Keçən həftənin sonlarında Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında "Türk Dünyası Fevzi ŞEKER" adlı 13-cü ənənəvi beynəlxalq turnir keçirilib.

"Olimpsport.az" xəbər verir ki, turnirdə ölkəmizi Tovuz, Masallı, "Lokomotiv" və "Zenit" komandalarının idmançıları təmsil ediblər. Yarışda çıxış edən Yusif Qəniyev (42 kq) yarışın qalibi adını qazanıb. Rəhman İmanov (46 kq) gümüş, Babək Hüseynli (63 kq) isə bürünc mdala layiq görülüb. İdmançılarımız eyni zamanda komanda hesabında da 3-cü yeri tutublar. 

Qeyd edək ki, idmançılarımız xalçaya Ramin Allahverdiyev və Təhmasib İsayevin rəhbərliyi altında çıxıblar.

Turnirin sonunda yarışın təşkilatçıları, Türkiyə Güləş Federasiyası və Kağıthanə Bələdiyyəsi tərəfindən komandamızın rəhbər heyəti, Tovuz Olimpiya Kompleksinin müdri Mübariz Məmmədov və Tovuz Gənclər Evinin direktoru Rauf Rüstəmova kubok və xatirə hədiyyələri təqdim ediblər.