Sərbəst güləşdən ilk qızıl medal

 

2017.05.19

 

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır

Mayın 19-da sərbəst güləş üzrə milli komandamızın üzvü Mahir Əmiraslanov(57 kq) qızıl medal qazanıb. O, finalda Kazağıstan təmsilçisi Z.İsmailova qalib gəlib.