Sərbəst güləşdən 2-ci qızıl medal
2017.05.19
IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışları davam edir. Yarışalara mayın 17-də start verilib.
Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır
Bugün İslam Həmrəyliyi Oyunlarında sərbəst güləş yarışlarında Nurməhəmməd Hacıyev (97 kq) finalda iranlı rəqibi A.Mohammadiyə qalib gələrək komandamıza 2-ci qızıl medalı qazandırıb.