Olimpiya çempionu İslamiadanı bürünc medalla başa vurdu

 

2017.05.20   19:34

Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.

“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.

86 kq-da ölkəmizi təmsil edən Şərif Şərifov ilk görüşünə 1/8 final mərhələsində çıxıb. Olimpiya çempionumuzun ilk rəqibi Nazar Cabir Əl Muşattat (İraq) olub. 10:0 hesablı qələbə qazanan idmançımız növbəti görüşdə də çətinlik çəkməyib. O, pakistanlı Məhəmməd İnamı 11:1 hesabı ilə üstələyərək, adını yarımfinala yazdırıb. Şərifovun final yolundakı son rəqibi İran güləşçisi Hassan Yazdaniçarati olub.

İki Olimpiya çempionunun mübarizəsində iranlı daha güclü olub. Yazdaniçarati ikinci hissənin əvvəllərində hesabı 11:00-a çatdırıb və vaxtından əvvəl qələbə qazanaraq, finala yüksəlib. Şərif isə bürünc medal uğrunda Bahodur Kadırovla (Tacikistan) qarşılaşıb. Açıq-aşkar rəqibindən üstün olan Şərif turniri üçüncü sırada başa vurub.