Qadın tennisçilərimiz mübarizəyə yarımfinaldan qoşulublar

 

2017.05.20   19:46 

Ölkəmizdə IV İslam Oyunları keçirilir.

“Olimpsport.az” xəbər verir ki, yarışlarda dünyanın 50-dən artıq ölkəsindən 3 mindən çox idmançı 269 dəst medal uğrunda mübarizə aparır. Azərbaycanı bu Oyunlarda 325 idmançımız təmsil edir.
Mayın 20-də stolüstü tennis üzrə qadın komandaların dörddəbir final mərhələsinə yekun vurulub və yarımfinalçılar müəyyən olunub.
Qadın stolüstü tennisçilərimiz birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulublar. Millimiz finala vəsiqə uğrunda yarışa mübarizəyə birbaşa yarımfinaldan qoşulan Pakistan millisi ilə qarşılaşacaq. Mübarizəyə yarımfinaldan başlayan Türkiyə komandasının rəqibi dörddəbir finalda Qayana millisinə 3:0 hesabı ilə qalib gələn İran yığması olacaq.
Yarımfinal görüşləri mayın 21-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində keçiriləcək.