Güləş yarışlarının son günündə qadın idmançılarımız yarışacaqlar
2017.05.21 10:15
Bakıda IV İslam Həmrəyliyi Oyunları keçirilir.
“Olimpsport.az” xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində güləş yarışlarına mayın 17-də start verilib. Heydər Əliyev adına İdman Arenasında keçirilən yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamızın 24 üzvü mübarizə aparır.
Güləş yarışlarının son günündə 8 çəki dərəcəsində qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək.
Final görüşləri saat 18.00-da olacaq.