2017-ci ildə də ən yaxşı olmaq istəyir
2017.05.21 10:50
“Çalışacağam ki, 2017-ci ildə də ilin ən yaxşı idmançısı adına layiq olum”
Bu sözləri mayın 20-də 61 kq çəki dərəcəsində keçirilən sərbəst güləş üzrə IV islam Həmrəyliyi Oyunlarının çempionu Hacı Əliyev “Olimpsport.az” saytına açıqlamasında deyib.
-Hacı, 2016-cı ildə Azərbaycan Mətbuat Şurası, “Olimpsport” jurnalı və “Olimpiya dünyası” qəzeti tərəfindən ilin ən yaxşı idmançısı seçilmişdin. Necə düşünürsən, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının çempionu adını qazanmağında bu, sənə nə dərəcədə stimul verdi?
- Ötən ildə ilin ən yaxşı idmançısı seçilməyim mənim inamımı bir az da artırdı və mənə ikiqat məsuliyyət hissi verdi. IV İslam Oyunlarında dövlət himnimizi səsləndirdiyim, bayrağımızı qaldırdığım üçün qürur duyuram. Çalışacağam ki, 2017-ci ildə də ilin ən yaxşı idmançısı adına layiq olum.