Azərbaycan voleybolçuları dünya çempionatında!

Qadın voleybolu üzrə Bakıda keçirilən dünya çempionatının seçmə mərhələsində yığma komandamız final mərhələsinə vəsiqə qazanıb. Baş məşqçi Faiq Qarayevin yetirmələri dünya çempionatının final mərhələsinə birbaşa vəsiqəni qrupun son oyununda qarşılaşdığı Hollandiya millisi üzərində 3:0 (30:28,25:22,25:13) hesabı ilə qalib gələrək əldə edib. Belliklə,  voleybolçularımız qrupda qarşılaşdığı Ukrayna, Danimarka, İsrail, Norveç və Hollandiya milliləri üzərində qazandığı qələbələrlə qrupu lider olaraq tamamlayıb və bu ilin sentyabrında Yaponiyada keçiriləcək dünya çempionatının final mərhələsinə birbaşa vəsiqə qazanıb.