Şahmat yığmamız Avropa çempionu oldu
Azərbaycanın kişilərdən ibarət yığma komandası Yunanıstanda keçirilən şahmat üzrə Avropa çempionatında bu gün sonuncu görüşünü keçirib. Sahmatçılarımız həlledici - 9-cu turda Ukrayna millisi ilə qarşılaşıblar.
Komandamız qalib gələcəyi halda vahid liderliyini qorumaqla qitə çempionu olacaqdı. Lakin bu görüş heç-heçə başa çatıb – 2:2.
Əsas izləyicimiz Rusiya isə son turda Almaniyaya qalib gəlib. Bu üzdən də Azərbaycan və Rusiya yığmaları AÇ-ni eyni – 14 xalla başa vurub.
Bu üzdən də hər iki komandanın şahmatçılarının əlavə göstəriciləri hesablanıb. Nəticə millimizin xeyrinə olub. Komandamız əlavə göstəricilərdə rusları üstələyib və Avropa çempionu adını qazanıb.
Qeyd edək ki, bu, yığmamızın qitə birinciliyində üçüncü belə uğurudu.
Azərbaycan - Ukrayna 2:2
Şəhriyar Məmmədyarov – Pavel Elyanov 0,5:0,5
Teymur Rəcəbov – Yuri Krivorukço 0,5:0,5
Arkadi Naydiç – Ruslan Ponomaryov 0,5:0,5
Rauf Məmmədov – Yuri Kuzubov 0,5:0,5