Avropa birinciliyində 1 qızıl, 1 gümüş

Kipr Respublikasının Larnaka şəhərində keçirilən taekvondo üzrə gənclər arasında Avropa Birinciliyi iki idmançımız üçün uğurlu alınıb.

Yarışın ilk günü Bəhruz Quluzadə (-45 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.

İkinci yarış günündə isə çəkisi 63 kq-a qədər olan idmançıların yarışında Cavad Ağayev yarımfinalda məğlub olaraq Avropa Birinciliyinin bürünc medalına sahib olub.