"Olimpsport.az" Bakı Autizm İdman Klubunun qonağı olub - FOTOLAR

 "Olimpsport.az" saytnın baş redaktoru, Tovuz Gənclər Evinin metodisti, əməkdar məşqçi Ramin Allahverdiyev Bakı Autizm İdman Klubunun qonağı olub.

Olimpsport.az xəbər verir ki, Ramin Allahverdiyev klubun üzvləri ilə görüşüb və onların məşğuliyyətlərini yaxından izləyib, klubda uşaqlar üçün yaradılan şəraitlə tanış olub. Bakı Autizm İdman Klubunun direktoru Elnur Məmmədli ilə görüşən Ramin Allahverdiyev autizmli uşaqlara yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, gələcəkdə  Tovuz Gənclər Evi ilə birgə əməkdaşlıq etməsi üçün klubun direktoru Elnur Məmmədli ilə fikir mübadiləsi aparıb.