“Azərreyl” “qızıl set”də uduzdu

Bakının qadın voleybolçulardan ibarət "Azərreyl” komandası Çağırış Kubokunda 1/16 final mərhələsinin cavab oyununa çıxıb.
 
 Azərbaycan təmsilçisi ilk matçda 1:3 hesabı ilə uduzduğu Rumıniyanın "Ştiinta” kollektivini qəbul edib.
 
Səfərdə 1:3 hesablı məğlubiyyət alan "dəmiryolçular" 3:0 qələbə qazanaraq görüşü "qızıl set"ə aparıblar.
 
"Azərreyl" həlledici setdə 15:13 hesabı ilə qələbə qazanaraq 1/8 finala adlayan tərəf olub.
 
Çağırış Kuboku
1/16 final, cavab oyunu
9 yanvar
 
18:00. Azərreyl (Bakı, Azərbaycan) - Ştiinta (Bakeu, Rumıniya) 3:0 (25:23, 27:25, 25:14) Qızıl set: 13:15
Hakimlər: Teodora Kiriopulu (Yunanıstan), Milan Nikoliç (Bosniya və Herseqovina)
Bakı. Voleybol Mərkəzi
İlk oyun – 1:3
 
"Azərreyl”: 1. Ceyran Əliyeva, 2. Nərmin Fərəcova, 3. Anna Dovhopolyuk, 4. Nelli Salbişvili, 5. Maqdelana Qrika, 6. Ayşən Abduləzimova, 7. Svetlana Dorsman, 8. Viktoriya Ağakişiyeva, 11. Yekaterina Jidkova, 12. Valeriya Məmmədova, 14. Kristina Yaqubova, 15. Aynur Kərimova, 18. Şəfaqət Həbibova
 
"Ştiinta”: 1. Melinda Sipos, 2. Adriana Roqojinaru, 4. Anamariya Berdila, 5. Alise Kapelovies, 6. Mihaela Albu, 7. Ana Kristina Cazacu, 8. Loredana Filipas, 9. Ana-Mariya Lupa, 10. İrina-Kristina Radu, 12. Georgina Fales, 13. Aleksandra Ciucu, 16. Lorena Raisa Ciocian