Radik İsayev də startda uduzdu
“Grand Slam” seriya turniri taekvondoçularımız üçün başa çatıb.
Bu gün keçirilən döyüşlərə qatılan Radik İsayev (+80 kq) ilk döyüşündə iranlı Səccad Mərdaniyə məğlub olaraq yarışı erkən başa vurub.
Yanvarın 6-da keçirilən yarışda Ayxan Tağızadə (-68 kq) də qarşılaşdığı ilk rəqibi Mirhəşim Hüseyini (iran) ilə döyüşdə xal hesabında irəlidə olsa da, sonda rəqib qələbə qazanmışdı.
Turnirin ilk günü (30 dekabr 2017-ci il) isə 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani bürünc medala sahib olmuşdu.
Xatırladaq ki, komandamız Çin Xalq Respublikasının Usi şəhərində təşkil olunan "Grand Slam” seriya turnirinə üç idmançı ilə qatılmışdı.