Məmmədyarovdan növbəti heç-heçə
Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə Tata Steel Chess superturnirində 4-cü tura yekun vurulub.
Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov bu turda da heç-heçə edib. 33 yaşlı qrossmeyster qara fiqurlarla Sergey Karyakinlə qarşılaşıb.
Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 2,5-ə çatdıraraq, 3 - 5-ci yerləri bölüşdürür. Keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) 3 xalla turnir cədvəlinə başçılıq edir.
Qeyd edək ki, yanvarın 17-da keçiriləcək 5-ci turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Fabiano Karuana ilə üz-üzə gələcək.