Məmmədyarov qələbə ilə zirvədə

Hollandiyanın Veyk-an-Zeye şəhərində keçirilən şahmat üzrə Tata Steel Chess superturnirində 5-ci turana yekun vurulub.
 
Yarışda Azərbaycanı təmsil edən Şəhriyar Məmmədyarov bu turda qələbə qazanıb.
 
33 yaşlı qrossmeyster ağ fiqurlarla Fabiano Karuananı üstələyib. Bu nəticədən sonra Məmmədyarov aktivindəki xalı 3,5-ə çatdıraraq, keçmiş dünya çempionu Vişvanatan Anand (Hindistan) və Aniş Giri (Hollandiya) ilə turnir cədvəlinə başçılıq edir.
 
Qeyd edək ki, yanvarın 18-də turnirə fasilə veriləcək. 19-u keçiriləcək 6-ci turda Şəhriyar Məmmədyarov qara fiqurlarla B.Adhibanla üz-üzə gələcək.