Məmmədyarov liderliyi əldən verdi

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi "Tata Steel Chess” turnirində 8-ci turun oyunları keçirilir.
 
 Azərbaycanı təmsil edən yeganə qrossmeyster Şəhriyar Məmmədyarov bu turda uduzub.
 
O, qara fiqurlarla ən yaxın izləyicisi Aniş Qiri ilə üz-üzə gəlib. Bu məğlubiyyətdən sonra 5,5 xalda qalan Məmmədyarov ikinci pilləyə geriləyib. Aniş Qiri (Hollandiya) isə liderliyə yüksəlib.
 
Qeyd edək ki, 9-cu turda Şəhriyar Məmmədyarov ağ fiqurlarla Vladimir Kramniklə qarşılaşacaq.