İspaniya millisinin yeni baş məşqçisi məlum olub

İspaniya milli komandasının yeni baş məşqçisi  təyin edilib. Olimpsport.az xəbər verir ki, Fransada keçirilən Avropa çempionatının 1/8 final mərhələsində məğlub olduqdan sonra postundan ayrılan Visente del Boskeni Yulen Lopeteqi əvəzləyəcək. Artıq Madrid şəhərində onun təqdimetmə mərasimi keçirilib. İspaniya Futbol Federasiyasının rəhbəri Anxel Mariya Vilyar onunla iki illik müqavilə imzaladıqlarını təsdiqləyib. Lopeteqi qarşıya qoyulan məqsədlərdən də danışıb. O, del Boskenin gördüyü işi davam etdirəcəyini bildirməklə yanaşı, dəyişikliklər edəcəyini  bildirib. Futbolçu kimi “Barselona” və “Real” kimi əzəli rəqiblərin heyətində çıxış etməsi ilə fərqlənən Lopeteqi İspaniyanın 19 və 21 yaşadək yığmalarında 3 dəfə Avropa çempionu olması ilə seçilib. 2014-2016-cı illərdə “Portu”nu çalışdıran mütəxəssis bu ilin yanvarında istefaya göndərilmişdi.