"Qalatasaray" çempion oldu!

"Qalatasaray" klubu tarixində 21-ci dəfə Türkiyə çempionu olub.
 
"Sarı-qırmızılar" qızıl medallara Superliqanın XXIV turunda səfərdə "Göztəpə" üzərində 1:0 hesablı qələbə sayəsində qovuşub.
 
Yeganə qolu fransalı hücumçu Bafetimbi Qomis penaltidən vurub.
 
Bununla da xallarını 75-ə çatdıran "Qalatasaray" ən yaxın izləyiciləri "Fənərbağça" və "Başakşehir"i 3 xal qabaqlayıb. Onlar medallara sahib olublar. 4-cü yeri isə 71 xalla "Beşiktaş" tutub.