Çempionlar Liqasının finalı İstanbulda

2020-ci ildə UEFA Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul şəhərində keçiriləcək.
 
Matç "Atatürk" Olimpyia Stadionunda olacaq. Bu arena Portuqaliyanın paytaxtı Lissabondakı "Estadio da Luj" stadionunu üstələyib. 
 
Qeyd edək ki, 2005-ci ildə qitənin ən nüfuzlu klub turnirinin finalında İngiltərə təmsilçisi "Liverpul”un İtaliya "Milan”ını məğlub etdiyi oyun da bu arenada baş tutub.