Bakıdan sonra Qdansk

2020-ci ildə UEFA Avropa Liqasının final oyunu Polşanın Qdansk şəhərində təşkil olunacaq.
 
Görüş şəhərin eyniadlı stadionunda keçiriləcək. UEFA Super Kuboku uğrunda görüş isə Portuqaliyanın Portu şəhərindəki "Draqau" stadionunda olacaq.
Qeyd edək ki, 2019-cu ildə Avropa Liqasının final matçı Bakı Olimpiya Stadionunda baş tutacaq.