"Beşiktaş"ın prezidenti: "Kuboku Azərbaycanda qazansaq..."

"Beşiktaş" klubunun prezidenti Fikret Orman Avropa kubokları ilə bağlı hədəflərindən danışıb. 

51 yaşlı funksioner 3 kubokun finalında oynamaq istədiklərini bildirib. Gələn mövsüm Avropa Liqasının final matçının Bakıda keçiriləcəyini xatırladan Orman "Kuboku Azərbaycanda qazansaq, öz stadionumuz olan "Wodafone Park"da UEFA Super Kuboku uğrunda matça vəsiqə qazanacağıq. Bu iki final xəyallarımı qanadlandırır. Hətta 2020-ci ildə "Atatürk" Olimpiya Stadionunda keçiriləcək Çempionlar Liqasının finalında da "Beşiktaş"ı görə bilərik. Niyə də yox?!"
 
Qeyd edək ki, gələn il Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.