FİFA DÇ iştirakçısını 10 min dollar cərimələdi

FİFA DÇ-2018-də mübarizə aparan Meksika yığmasını cəzalandırıb. Cəzaya meksikalı fanatların Rusiyadakı davranışları səbəb göstərilir.


Belə ki, qrup mərhələsinin ilk turunda Almaniya ilə oyun zamanı Meksika yığmasının azarkeşləri rəqib qapıçı Manuel Noyerə təzyiq göstərmək üçün müxtəlif təhqirlərə əl atıblar. Bu isə cəzasız qalmayıb. Dünya futbol qurumu buna görə Meksika Futbol Federasiyasını 10 min dollar məbləğində cərimə edib.


Xatırladaq ki, Meksika həmin oyunda son dünya çempionuna 1:0 hesabıyla qalib gəlib. Bu, həm də meksikalıların dünya çempionatlarında almanlar üzərində ilk qələbəsi olub.