Avropalı skautlar Bakıya gələcəklər
Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını izləmək üçün daha 6 klubun skautları Azərbaycan paytaxtına gələcək.
Olimpsport.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, siyahıya Almaniya, Fransa və Hollandiya klubları əlavə olunub.
Çempionatı izləmək üçün skautları Bakıya gələcək Avropa klubları bunlardır: “Mançester Siti” (İngiltərə), “Arsenal” (İngiltərə), “Sevilya” (İspaniya), “Portu” (Portuqaliya), “Mançester Yunayted” (İngiltərə), “Bavariya” (Almaniya), “Monako” (Fransa), “Benfika” (Portuqaliya), “Red Bull Zalsburq” (Avstriya), “Middlsbro” (İngiltərə), PSJ (Fransa), “Bornmut” (İngiltərə), PSV Eyndhoven (Hollandiya), “Borussiya" (Münxenqladbax, Almaniya), “Hamburq” (Almaniya), “Olimpik Marsel” (Fransa).
Qeyd edək ki, Avropa çempionatı mayın 5-də başlayacaq və 21-də başa çatacaq.
Daha çox xəbər
09-11-2025
“Araz-Naxçıvan” qalib gəldi, “Zirə” və “Turan Tovuz” isə meydanı bərabərliklə tərk etdilər
08-11-2025
Türk şərhçi “Qarabağ”ın oyuna nə dərəcədə yaxşı nəzarət etdiyini qiymətləndirdi
08-11-2025
“Misli Premyer Liqasında hər oyun gərgin keçir, bu da onu çətin çempionata çevirir” – Saşa İliç
07-11-2025
“AzMİU III Zəfər İdman Festivalı”: Şahmat yarışlarının qalibləri müəyyən olundu
06-11-2025
Azərbaycan voleybol millisi İslamiadada ardıcıl növbəti qələbəsini əldə edib
06-11-2025
"Qalatasaray" “Ayaks”ı məğlub etdi, “Kayrat” “İnter” qarşısında uduzdu – Gecənin yekunları
