Tovuz Gənclər evinin daha bir uğuru

Poverliftinq üzrə Azərbaycan çempionatına yekun vurulub. "Zirvə" İdman Klubunda keçirilən yarışda Tovuz Gənclər Evinin ağır atletika dərnəyinin üzvləri çempionatın qalibi olublar.

Belə ki, dərnək rəhbəri Surət Məmmədov (90 kq) çempionatı ilk yerdə başa vurub. Dərnəyin üzvləri Məsər Mürsəlov (82 kq) və Araz Əliyev (60 kq) müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.