Elvin Mürsəliyev 1/4 finalda

Bu gün Rio Olimpiadasında güləş yarışlarına start verilib. Olimpsport.az saytının məlumatına görə, döşək üzərinə ilk olaraq Yuna-Roma güləşçiləri çıxıblar.
 
Əvvəlcə Elvin Mürsəliyev ilk görüşünü keçirib. Pəhləvanımız 1/16 finaldan etibarən mübarizə aparıb. Onun rəqibi misirli Rəşad Fevzi Mahmud Sebye olub. Rəqibinə 2:1 hesabı ilə qalib gələn idmançımız 1/8 finala yüksəlib. Onun rəqibi bu mərhələdəki rəqibi Qazaxıstanlı Dosjan Kartikov  olub.
 
Rəqibini 5-1 hesabı ilə məğlub edən pəhləvanımız 1/4 finala vəsiqə qazanıb.